Dino Ndlovu: "Özüm barədə tək narazı olduğum məsələ ... "

Premyer Liqanın 9-cu turu çərçivəsində "Qarabağ" səfərdə "Neftçi"nin qonağı olub.

Newsport.az-ın məlumatına görə, qonaqların 2 - 0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra Ağdam təmsilçisinin futbolçusu Dino Ndlovu jurnalistlərin suallarını cavablandırıb.

Cənubi afrikalı hücumçunun müsahibəsini təqdim edirik:

Səfərdə oynadığımız oyunlar arasında ən çətin oyun idi. Amma hər şeyə rəğmən istədiyimiz nəticəni əldə etdik. Önəmli olan 3 xal idi. Onu da qazandıq.

- Çempionatdakı əsas rəqiblərinizdən biri “Qəbələ” bu gün xal itirdi. Bunun oyununza təsiri oldu?

- “Qəbələ”nin xal itirdiyini indi sizdən eşidirəm. Məşqçimiz bizi yalnız oyunumuza kökləyir. Rəqiblərimizin nəticələrindən aslı olmayaraq, çıxıb oynumuzu oynayırıq.  

- Son vaxtlar mütəmadi olaraq meydana çıxırsınız. Artıq “Qarabağ”a tam uyğunlaşmısız?

- Mən fürsət tapan kimi özümü göstərməyə çalışıram. Mənim üçün ehtiyatda olmağım və yaxud 11-likdə olmağım fərq etmir. Əsas odurki, özümü göstərə bilim. 
- Öz oyununuzdan özünüz razısınız?

- Özüm barədə tək narazı olduğum məsələ qol vura bilməməyimdir. Digər bütün göstəricilərim yaxşıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right