Elxan Abdullayev onu "Neftçi"yə AFFA-nın təyin etdiyini etiraf etdi!

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən "Neftçi" - "Qarabağ" matçından (0:2) sonra baş tutan mətbuat konfransında maraqlı anlar yaşanıb.

"Neftçi"nin məğlubiyyətini həzm etməyən azarkeşin meydana daxil olması, "flaqman"ın futbolçusu Katalin Tiranın həmin azarkeşi vurması, fanatların "Şura, İstefa!" şüarlarının səsləndirdiyi və s. bu kimi yaddaqalan hadisələrin baş verdiyi oyunun mətbuat konfransında baş məşqçi Elxan Abdullayevin açıqlamaları hələ çox danışılacaq. Jurnalistlərin verdiyi bir sıra sualları cavablandırmayan mütəxəssis bir məqamı qeyd etməyi unutmayıb.

Baş məşqçi Elxan Abdullayevin rəhbərlikdən vaxt tələb etdiyi halda Premyer Liqada yaranmış fasilədə komandadaki problemləri həll etmək əvəzinə milli ilə Çexiya səfərinə getməsi media və azarkeşlər üçün mübahisə doğururdu. Bu istiqamətdə verilən suallardan yayınan mütəxəssis AFFA-nın sifarişi ilə bu kluba gəldiyini və özünün sadəcə "fəhlə" olduğunu qeyd edib. Bununla da, "Neftçi"nin rəsmən AFFA idarəsi altında olmasını öz dili ilə açıqlayan Elxan Abdullayev bu "cəsarətinə" görə jurnalistlərin minnətdarlığını qazanıb.

Jurnalistlərlə baş məşqçi arasında yaranmış müzakirədə bir çalışdırıcının həm milli, həm də klubla uğur qazana bilməməsi iddiası irəli sürülüb. Elxan Abdullayev isə bunu bacaracağını qeyd edib və:

"Neftçi" AFFA-ya müraciət edib və mən kluba gəlmişəm.Sizin müdürünüz sizi hara yollasa siz də ora gedirsiz.Mən də fəhlə adamam hara deyirlər mən də ora gedirəm.Niyə demirsiz ki, millimiz DÇ-2018 seçmə mərhələsində qrupda ikinci pillədədi? Niyə ancaq pis tərəfi düşünürsünüz? Pozitiv olmaq lazımdı", - sözlərini qeyd edib.

Konfransın başlanğıcında isə ilk sual Katalin Tiranın azarkeşi vurması ilə bağlı olub. Buna da sərt reaksiya verən baş məqşçi:

"Mən burda ola-ola həmin futbolçu "Neftçi"də oynamayacaq. Komandadan qovulacaq. Bu hadisə xoşagəlməzdi. Düzdü, azarkeş də çıxmamalıdı, o, artıq təhlükəsizliyin işidi. Erik Kantona da buna görə 9 aylıq cəza almışdı. Mən tərəfindən bu futbolçuya çox ciddi cəza gözləyir. UEFA-ya ya FİFA-ya məktub yazmaq lazımdı, bunu başqa komandalarda da təkrar edə bilər", - fikirlərini səsləndirib.

Beləliklə, futbolçu rəsmən "Neftçi" komandasından qovulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right