"Meydana girən mənim azarkeşim idi" - Qara Qarayev

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçınln sonlarında rəzalət yaşandı, rəzalət. Bakılıların futbolçusu Katalin Tiranın meydana daxil olan azarkeşi vurmasına ad tapmaq olduqca çətindi.

Görəsən, həmin epizodda nələr yaşandı? Azarkeş rumıniyalıya nə dedi ki, o, bunun cavabında fanatına yumruq zərbəsi endirdi?

Epizoda yaxın olan "Qarabağ"ın futbolçusu Qara Qarayev açıqlamasında həmin anda yaşananlardan danışıb: "Həqiqətən də xoşagəlməz haldı. Buna görə də tərəflərin arasına girdim ki, belə üzücü durum yaşanmasın. Çünki istər "Qarabağ"ın, istərsə də "Neftçi"nin uğurlarında azarkeşlərin böyük rolu var. Tira isə əsəblərini cilovlaya bilmədi və belə xoşagəlməz hadisə yaşandı. Meydana girən "Neftçi"nin yox, mənim azarkeşim, bizim futbolumuzun fanatı idi. Bütün hallarda onları qorumaq, sevindirmək bizim borcumuzdu. Baş verən hadisəyə görə çox məyusam".

Qeyd edək ki, bu hadisədən sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Katalin Tiranın komandadan qovulacağını bildirib.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right