"Bu dəqiqə komandada vəziyyət gərgindi" - "Neftçi”nin futbolçusu

Azəraycan Premyer Liqasının IX turunda baş tutan "Neftçi” – "Qarabağ” oyunu qonaqların qələbəsi ilə başa çatıb – 2:0.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra "Neftçi”nin futbolçusu Jayro Filyo Rodrigez fikirlərini bildirib.
 

Oyunun son dəqiqələrində öz qapısına qol vuran braziliyalı müdafiəçi bu sözləri deyib: "Hamı bilir ki, bugünkü rəqibimiz "Qarabağ” idi. Rəqib bizdən çox güclü idi. Əlimizdən gələni etdik ki, onlara qarşı layiqli mübarizə aparaq, meydanı xallarla tərk edək. Ancaq bunu bacara bilmədik. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Onların bizdən nəticə tələb etməyə haqları var. Mən öz payıma deyirəm ki, nəyim var idi komanda üçün meydançada qoydum”.
 
- Ancaq bu oyunun anti-qəhrəmanı oldun...
- Bu, sizin fikrinizdi. Ancaq mən belə düşünmürəm. Lakin sizin də fikrinizə hörmətlə yanaşıram. Futbolda belə hallar olur. Qapımıza qol vurmaq mənə xoş deyil (əsəbləşir). 
 
- Komandada dəyişiklik olsa da, hər şey əksinə gedir. Problem nədir?
- Hər məğlubiyyətdən sonra daha çox çalışırıq. Biz öz üzərimizdə işləyirik, ciddi məşqlər edirik. Hər şey edirik ki, nəticə olsun. Düzdü, komandada dəyişikliklər də olub. Dəyişikliklər komandanın yaxşıya doğru dəyişməsi üçün olub. İnanın ki, biz də yaxşı nəticə qazanmaq istəyirik. Ancaq alınmır. Sizi başa sala bilmirəm ki nə baş verir. Nələr olduğunu biz də bilmirik.
 
- "Kəpəz” üzərindəki qələbədən sonra komandanın özünə gəldiyini söyləmişdin. Bəs, nə oldu?
- Düzdü, mən o sözləri demişəm və sözümün üstündəyəm. Yenə də deyirəm ki, biz oyunlara ciddi hazırlaşırıq. Heç bir oyunçu deyə bilməz ki, biz bu gün meydana məğlub olmaq üçün çıxmışdıq. Qələbə hər birimizə lazımdı. Ancaq təəssüf ki, futbolda belə uğursuzluqlar olur. 
 
- Hər oyunda azarkeşlər "Neftçi” rəhbərliyini və futbolçuları təhqir edirlər. Bu, nə vaxta qədər davam edəcək?
- Azarkeşlərin haqqı var. Onlar "Neftçi” üçün yaşayırlar. Tarixi ərzində yaxşı nəticələr qazanan "Neftçi” indi uğur qazana bilmir. Mən azarkeşlərə heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, hər məğlubiyyətdən sonra üzülürəm.  İnanın ki, bu gün əsəbdən yata bilməyəcəm. 
 
- Komanda yoldaşın Katalin Tira azarkeşi döydü. Buna nə dəyə bilərsən?
- Komanda yoldaşıma haqq qazandıra bilmərəm. Əlbəttə ki, düz etməyib.  Ancaq azarkeşə də heç kim icazə verməyib ki, meydana daxil olsun və futbolçunun üzərinə hücum çəksin. Hamı bilir ki, bu dəqiqə komandada vəziyyət gərgindi. Məhz bu gərgiinlik Tiranın azarkeşin üzərinə "partlaması” ilə nəticələndi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right