"Qarabağ”la açıq futbol oynasaydıq, 6 qol buraxardıq"

Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi" öz meydanında "Qarabağ"a 2:0 hesabı ilə məğlub olub.
 
Newsport.az-ın məlumatına görəoyundan sonra təşkil olunan mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib: 
 

- Bu gün Azərbaycanın ən güclü komandasına qarşı oynayırdıq. Bu üzdən də müdafiə taktikası seçmişdik. Taktika özünü doğrultdu. İlk qol uzaq məsafədən vurdu. İkinci top isə matçın sonunda avtoqoldan daxil oldu.

- Katalin Tira rəqib qapısına qol vurmaq əvəzinə, azarkeşi vurdu…
- Onu komandadan qovacağıq. “Neftçi” “fair-play”ə həmişə riayət edib. Bəli, azarkeş də meydana daxil olmalı deyildi. Ancaq bu, heç bir futbolçuya ixtiyar vermir ki, azzarkeşi vursun.

- İkinci hücumçunu yalnız 87-ci dəqiqədə buraxdınız. Nəyi gözləyirdiniz?
- Hesab 1:0 idi. İstənilən qol oyunda dönüş yarada bilərdi.

- "Qarabağ”a qarşı bu qədər futbolçu ilə müdafiə olunmaq...

- "Qarabağ”la açıq futbol oynasaydıq, 6 qol buraxardıq. PAOK da onlarla açıq futbol oynamadı. Mən də qalib gəlmək istəyirəm. Amma məsələyə real yanaşmaq lazımdı.Bu gün "Qarabağ" qarşı açıq futbol oynayacaq gücdə deyilik.

- “Neftçi”ni qəbul etdiyiniz vaxtla indiki arasında fərq var?
- Əlbəttə! “İnter”lə oyunda futbolçuları qıcolma tuturdu. Bu gün 90 dəqiqə mübarizə apardılar. Mən sehrbaz deyiləm. Gələn gündən demişəm ki, səbr eləyin. Heç olmasa, qışa qədər gözləmək lazımdı.

- “Neftçi”nin hədəfini açıqlaya bilərsiniz?
- Qışa qədər əsas rəqiblərimizin bizdən çox uzaqlaşmamasını istəyirik. Qışdan sonra fərqli “Neftçi” görəcəksiniz. Mən millidə işlədiyim dövr, “Neftçi” rəhbərliyi AFFA-ya müraciət etdi. Mən də burda komandanı pis vəziyyətdən çıxarmaq istəyirəm.

- Dünya praktikasında milli və klubda eyni vaxtdauğurla işləyən mütəxəssis tanıyırsınız?
- Valeri Lobanovski nümunəsi. Elə Aleksandr Starkov da müsbət nəticələrlə yadda qalıb. İndi “Neftçi” quyudadı. Bu quyudan çıxmaq lazımdı. “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 6-cı ilində çempion oldu. Zamana ehtiyac var. Uşaq da anadan olanda ət yemir, süd içir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right