Qurban Qurbanov: “Yürgen Klopp mənə demişdi ki...”

Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis yetirmələrindən razı qaldığını bildirib.

- Çox vacib qələbə qazandıq. Futbolçular çox çalışdı. İstədiyimiz kimi oynaya bildik. Azarkeşlərimizi və futbolçularımızı təbrik edirəm. Çox sıx qrafikdə çalışırıq. Hər gün bizim üçün olduqca vacibdi.

- Reynaldonun yoxluğu nə ilə bağlı idi?
- Onun zədəsi var.

- “Qarabağ”ın futbolçusu azarkeşə əl qaldırsaydı, hansı tədbiri görərdiz?
- Bu cür hal dünya futbolunda da baş verib. Azarkeş əsəbləşirsə, futbolçuu bunun ikiqatını keçirir. Bu cür hallarda birlik göstərmək lazımdı. Arzulamazdım ki, kimsə belə hal yaşasın.

- Avroliqadakı rəqibləriniz 2-3 gündən bir meydana çıxır. Komandanız isə 4 gündən sonra meydana çıxdı və yorğun görünürdü. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdı?
- Bu, əvvəllər dəb halını almışdı. Tibb elmi də sübut edib ki, qitəmiqyaslı görüşlərdən sonra futbolçularda psixoloji problem olur.Yurgen Klopp bunu mənə demişdi ki, Avrokubok oyunlarından sonra çempionat matçına hazırlıq çətin olur.
 Bəzi oyunçulara istirahət verdim. Ancaq bu gün futbolçularımız yorğun deyildi.Biz həm Avropa Liqasında, həm də çempionatda oynamağa indi-indi başlamışıq. Oyunçuların statistikasına fikir veririk, buna əsasən onları oynadırıq.

- Rəşad Sadıqovun yoxluğuna aydınlıq gətirərdiniz…
- Zədəsi var. İstirahət verməyi qərara aldıq.

- Çudomir Çakarovun getdiyi barədə xəbərə aydınlıq gətirməyinizi xahiş edərdik.
- Səhhətindəki problemlərə görə bizdən ayrılıb. Çünki istirahətə ehtiyacı var. Ancaq lazım gəldikdə onunla məsləhətləşirik.

- Reynaldo PAOK-la oyunadək düzələcək?
- Deyə bilmərəm. Çətin görünür. Amma fərdi qaçışlara başlayıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right