"Bakcell Arena"da ara qarışdı: "Neftçi"nin futbolçusu azarkeşə hücum çəkdi!

Azərbaycan Premyer Liqasının IX turunun son oyununda "Neftçi" "Qarabağ"ı qəbul edir.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanın sonlarına yaxın "Bakcell Arena"da ara qarışıb.
"Qarabağ"ın ikinci qolundan sonra bakılı azarkeşlərdən biri meydana daxil olub. Bu zaman fanat "ağ-qaralar"ın futbolçusu Katalin Tiradan hesab sorub. Nəticədə tərəflər arasında əlbəyaxa qeydə alınıb. Polis azarkeşi meydandan çıxarıb. Oyunun baş katibi Ramil Diniyev isə Katalin Tiraya qırmızı vərəqə göstərib.
Bundan başqa "ağ-qaralı" fanatlar yenə "80 illiyin şərəfsiz 11-liyi", "Formanı çıxardıb, rədd olun gedin!" şüarlarını səsləndiriblər. "Neftçi" fanatlarının istefa istəyinə "Qarabağ"a azarkeşlik edən "İmarət" də qoşulub. Ağdamlı fanatlar da "istefa" şüarlarını səsləndiriblər.
 
Qeyd edək ki, "Qarabağ"ın 2:0 hesablı üstünlüyü davam edir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right