Asif Məmmədov: "Onu özü bilər, Allahı bilər" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının IX turunda çərçivəsində keçirilən "Sumqayıt” – "Qəbələ” matçı 2:2 hesabı ilə başa çatıb. 
"Qəbələ”nin futbolçusu Asif Məmmədov qarşılaşma barədə Newsport.az-a bunları deyib:
 

"Gördüyünüz kimi, oyun bizim üstünlüyümüz şəraitində keçdi. Ancaq ikinci hissə başlayan kimi qol buraxdıq. Daha sonra toparlanıb önə keçməyi bacardıq. Ancaq olmayan cərimə zərbəsini verdi və ardınca penalti... Düşünürəm ki, ona görə xal itirdik”.
 
- Penalti epizodunda hakimin üstünə qaçdın və etiraz etdin. Bu, nə ilə bağlı idi?
- Özünüzdə gördünüz ki, orda 11 metrlik cərimə zərbəyə səbəb olacaq qayda pozuntusu yox idi. Hakim adi oyun epizodunu qayda pozuntusu kimi dəyərləndirdi. Həmin epizodda hakim davam işarəsi də verə bilərdi. Başa düşə bilmirəm. 
 
- Bəs, hakimə nə dedin?
- Dedim ki, elə qayda pozuntusu olmur. Belə hakimlik yaxşı deyil. Belə hakimlik olar? Ola bilər ki, penalti epziodunda qayda pozuntusu var idi. Ancaq penalti epizodundan əvvəlki epizodda qayda pozuntusu yox idi. 
 
- Səncə, bu hakimin səhvi idi, yoxsa qərəz var?
- Vallah, nə bilim. Heç nə deyə bilmərəm. Onu özü bilər, Allahı bilər. 
 
- Xal itkisini arxayınlıqla əlaqələndirmək olar?
- Yox. Biz arxayınlaşmamışdıq.  Bizim imkanlarımız var idi. Rəqibdən çox yaxşı oynayırdıq.  Deyərdim ki, bu gün çox yaxşı oynadıq, amma hakim səhvindən sonra xal itirdik. 
 
- Artıq ikinci ildi ki, "Qəbələ” eyni ssenari ilə başlayır. Mövsümə yaxşı başlayırsız, sonra isə uğursuzluqla üzləşirsiz...
- Deməzdim ki, uğursuzluqla üzləşmişik. Çox yaxşı oynayırıq axı. Düzdü, keçən il uğursuzluqla üzləşmişdik, ancaq indi belə deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right