Yığmamız Avroliqanın qalibi oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Kataniya şəhərində təşkil olunan Avropa Liqasının Super Final mərhələsinin qalibi olub.

Newsport.az saytının məlumatına görə, millimiz sonuncu oyunda Macarıstanla qarşılaşıb. Görüş maraqlı mübarizə şəraitində keçib. Tərəflər hərəyə 5 dəfə fərqlənib. Komandamızın heyətində Sabir Allahquliyev və Orxan Məmmədov dubl edib. Daha bir qolun müəllifi isə Abdel Əliyev olub.

Komandamız bu oyunda hakimlər tərəfindən sıxışdırılıb. Oyunun vaxtı başa çatsa da, hakim mübarizəni daha bir neçə saniyə davam etdirib ki, bu da macarların hesabı bərabərləşdirməsiylə nəticələnib. Ancaq yekunda haqq-ədalət bərqərar olub. 5:5 hesabıyla yekunlaşan final qarşılaşmasında qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac yaranıb. Yığmamız 4:3 hesabıyla penalti seriyasında üstün olub.Komandamız tarixində ilk dəfə Avroliqanın qalibi olub.

Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, millimiz qrupda Türkiyəyə 5:3, İngiltərəyə 2:0, Çexiyaya isə 5:1 hesabıyla qalib gəlib. Bununla da Zeynal Zeynalov baş məşqçi kimi ilk sınaqdan üzüağ çıxaraq millimizlə tarixi uğura imza atıb. Məşqçi kimi təcrübəsi o qədər də çox olmayan Zeynalovun uğurlu işinə həqiqətən böyük alqış düşür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right