Azarkeşlər "CBC sport"a müraciət etdi

Hörmətli "CBC Sport" kanalı rəhbərliyi!

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində təmsilçimiz "Qarabağ" səfərdə Çexiya çempionu "Viktoriya Plzen" ilə qaşrılaşacaq. Rəqib münasib olduğu üçün bu oyuna ölkədə maraq çox böyükdür. Nəzərə alsaq ki, istənilən sərfəli nəticə ölkəmiz adına böyük uğurdur və tarixi anlar yaşanacaq. İndiyə qədər heç bir klubumuzun UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirak etmədiyini nəzərə alsaq oyunun mahiyyəti birə beş artır.

Bu oyundan 1 gün sonra "Qəbələ" klubu Fransada nəhəng "Lill" ilə qarşılaşacaq. Bu oyuna da bir o qədər maraq var. Nəzərə alsaq ki, Avrokuboklarda cəmi 2 klubumuz qalıb, kanal bu oyunları mütləq yayımlamalıdır. Həm də hər iki oyun fərqli günlərdədir. Müasir dövrdə dünyanın istənilən yerindən yayımları təşkil etmək və ya almaq mümkündür.

Biz azarkeşlər və siz idman kanalı bir ölkə futbolunun böyük ailəsiyik. Sizdən xahiş edirik ki, çətinliklərə baxmayaraq bu oyunları ölkədə yayımlayasız.

Təşəkkür edirik!

"Azərbaycan Futbolu"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right