"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırdı

"Qəbələ" iki əcnəbi futbolçusuna özünə klub tapmağı tapşırıb.

Newsport.az-ın məlumatına görə, bölgə klubu Aleksey Antonov və Sergey Zenyovla yollarını ayırmaq niyyətindədi.

Klubun vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, bir illik müqaviləsi olan futbolçular özlərinə komanda axtarırlar. Tapmayacaqları halda, onlardan biri komandada saxlanılacaq. 

Bu arada "Qəbələ" daha bir futbolçu ilə yollarını ayırıb. Belə ki, Vadim Abdullayev komandanı tərk edib. Ötən yay "Simurq”dan transfer edilən 22 yaşlı futbolçuya baş məşqçi Roman Qriqorçuk cəmi 1 Premyer Liqa matçında şans verib.

Bununla da "Qəbələ”dən gedənlərin sayı 9-a çatıb. Bundan əvvəl Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo, Ruslan Abışov, Pavel Paşayev və Andrey Popoviç yola salınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right