"Qarabağ" da daxil olmaqla Azərbaycanın istənilən klubunda oynaya biləcək səviyyədəyəm"

Birinci divizionda da qızğın mübarizə gedir. Bu mübarizə həm klublar arasında, həm də oyunçular arasındadı. Belə ki, bombardirlə siyahısında da əsl mübarizə gedir.

Mövsümün bombardiri adını qazanmağa namizədlərdən olan Röyal Nəcəfov Newsport.az-a danışıb. Vurduğu 9 qolla bombardir adına namizəd olan Nəcəfov çıxışını bu cür dəyərləndirib: “Yaxşı təlim-məşq toplanışı keçmişdik komandayla birlikdə. Məşqçilər korpusu da toplanışın daha yaxşı keçməsinə şərait yaratmışdı. Elə  həmin toplanışın nəticəsidi ki, formaya düşürəm yavaş-yavaş.

Ancaq hələ 100 faiz formada deyiləm. İnşallah əlimdən gələni edəcəm ki, ardı gəlsin qollarımın. Daha çox qol vuracağıma, komandama kömək edəcəyimə ümidvaram. Mövsümün əvvəlində hədəfim minimum 15 qol idi. İndi 9 qolum var və ən azı 15 qol vurmaq istəyirəm. Ondan sonra nə qədər çox qol vursam, inşallah daha yaxşı olar.

“Qarabağ”ın yetirməsi olmuş Nəcəfov bu komandada sonradan qala bilmədi. Forvard “Qarabağ”da çıxış edən forvardlardan özünü zəif hesab edirsən” sualına bu cür cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Qoy ona məşqçilərimiz baxıb qərar versin. Tək “Qarabağ”da deyil, bütün komandalarımızda oynayan hücumçular özlərinə görə yaxşı futbolçulardı. Düşünürəm ki, “Qarabağ” da daxil olmaqla Azərbaycanın istənilən klubunda oynaya biləcək səviyyədəyəm. Təbii ki, əskiklərim var.

Amma ki, özümü nə yerli, nə də legioner hücumçulardan zəif sayıram. Sadəcə bədbəxtçiliyimiz odu ki, çempionluğa və avrkuboklara düşmək uğrunda oynayan klublarımn hücumçuları legionerdi. Ancaq öz yerli forvarlarımıza da güvənib inanmaq lazımdı”.

“MOİK rəhbərliyi və baş məşqçimiz Müşviq Qəmbərova təşəkkürümü bildirirəm ki, bizə inanıb güvənirlər. Mənə inananların da güvənini boşa çıxarmaram inşallah. Əlimdən gələni edəcəm ki, onları utandırmayım” – deyə, Nəcəfov fikirlərini yekunlaşdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right