Çingiz Abdullayev: “Biz xarici məşqçinin olmasını istəyirik” MÜSAHİBƏ

"Qələbə qazandığımıza görə sevinirəm”.  Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib. 
 
Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi” "Xəzər Lənkəran”ı səfərdə məğlub etdi. Oyundan sonra paytaxt klubunun rəsmisi jurnalistlərə qısaca müsahibə verib.
 
- Sərgilənən oyundan necə, razı qaldız?
- Əsgər Abdullayevin baş məşqçi postunda ilk oyunu idi. Gördüyünüz kimi, komandanın oyununda bəzi dəyişikliklər olub. Mən onları təbrik edirəm, yaxşı oynadılar.
 
- Ardıcıl qələbələr olarsa, Əsgər Abdullayev daimi əsasda baş məşqçi postunda qala bilərmi?
- Biz əvvəlcə bunu müzakirə etməliyik. Hələlik onun ilin sonuna qədər baş məşqçi kimi işləyəcəyini qərara almışıq. Amma Əsgər müəllim "Neftçi”nin Müşahidə Şurasının üzvüdür. Müvəqqəti Şuradakı fəaliyyətini dondurmuşuq. Vəziyyət belə tələb edirdi. Biz xarici məşqçinin olmasını istəyirik. Amma eyni zamanda ili uğurla bitirmək də istəyirik. İnanırıq ki, bunu Əsgər müəllimlə edə biləcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right