"Araz-Naxçıvan"ın müdafiəçisi üçün yubilet matçı

“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.

Turan “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/19 mövsümünə təsadüf edən arxa xətt oyunçusunun ilk komandası “Sumqayıt” olub.

Manafov “Gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 (3 qol) oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right