Sertan yenə "qırmızı" aldı, komandası qələbəni əldən verdi

Türkiyə 1-ci liqasında 24-cü tura start verilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi "Manisa" öz meydanında "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Sertan da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb. O, 75-ci dəqiqədə 2-ci rəsmi xəbərdarlıqdan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. 87-ci dəqiqədə isə "Manis"nın daha bir futbolçusu - Sandro Lima birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

"Gənclərbirliyi" bərabərlik qolunu 90+6-cı dəqiqədə vurub.

Yanvar ayında "Turan Tovuz"dan "Manisa"ya keçən Sertan 20-ci turda "Erzurum"la görüşdə də qırmızı vərəqə almışdı.

"Manisa" - "Gənclərbirliyi" - 1:1

Qollar: Gurbulak, 53 (1:0), Kemaloğlu, 90+6 (1:1) 

Qeyd edək ki, 24 turdan sonra 28 xalı olan  "Manisa" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right