Ruslan Qafitullin: "Futbolçulara diqqətli olmalarını tapşırmışdıq"

"Birinci hissədə göründü ki, hər iki komanda məğlub olmaq istəmir. Ona görə də, ehtiyatlı oynayırdılar. Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, "Səbail"də fərdi ustalığı olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. "Səbail" çalışırdı ki, bizi əks-hücumda tutsun. Elə də oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın məşqçisi Ruslan Qafitullin deyib.

O, Premyer Liqanın 24-cü turunun "Səbail"lə görüşündən sonra jurnalistlərin suallarını da cavablandırıb.

- Baş məşqçi nə vaxt təyin olunacaq?

Hələ ki, məlumatımız yoxdur.

- Komandanın kapitanı Elvin Camalovun performansı çox aşağıdır...

Elvin elə oyunçudur ki, həmişə çalışır, özünə yaxşı baxır, bütün matçlara yaxşı motivasiya ilə çıxır. Meydançanın da təsiri var idi. Çox şey göstərə bilmədik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right