Futbolun Qurban Qurbanova bir play-off borcu var..

Bugün ‘Qarabağ’ uduzsaydı rahatlıqla qrup mərhələsini aşacağını iddia edərdim. Daha rahat mentallıqda 9 xal komandaya ‘play-off’ üçün kifayət edəcəkdi..
Amma indi yenə də eyforiyaya qapılıb, hamıdan güclü iddiasıyla qrupdakıları ‘qapazaltı’ edəcəyik..Komandanı yenə vaxtından əvvəl, mübarizəsiz ‘playoff’lara ‘göndərəcəyik.
 
İndi bu qədər cəsarətli əzmkarlığın qələbə gətirməməsi rəqiblərini daha diqqətli olmağa vadar edəcək. Üstəlik, hamının bugünkü fiyeriyadan sonra iştahı açılacaq, xəyalları şirinləşdirəcək..
 
Amma, bir gerçək dəyiş(il)mə(z)di..Qurban Qurbanov ardıcıl 1 komandanı dəyişən nəsillərlə daim özüylə hesablaşmağa vadar edir..Bu inanılmazdı, təsvir hissi ifadəolunmazdı..İsveçrə təbii ki, İspaniya, İngiltərə deyil. Amma, ideal olmayan, hətta natamam şərtlərlə standardları aşdıran, inandıran, başqa sözlə iynəylə meydan(komanda) quran Qurbanovun etdikləri cəfakarlıq, fədakarlıqdı.
 
Bugün  stadionda komandanı izləyənlər, ekranları başında o həyəcanı yaşayanlar meydanda forması üçün ruhuyla mübarizə aparanlarla qürur duydular. Bu sadəcə, 1 komandanın estetik gözoxşamasından daha çox biz bunu bacararıq inamı və həzz idi..
 
Futbolun Qurban Qurbanova bir play-off borcu var.. O borc mütləq ödəniləcək, ödənilməlidir..
 
..Şəmsəddin Abbasova isə şərhə ürəyini qoymasına görə ayrıca ürək düşür..
 
Hə, bir də bugün Qurban Qubanovun komandasının meydanda pərvazlanmasının eyniadlı  komandanın hürriyyətinin mistik ruhu var idi..Cəsarət təcəlli edilmişdi..
Nurlan İbrahimov




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right