Dünyaya havalanır “Qarabağ”ın səsi... YAZI

Avqustun 28-də əldə olunan nailiyyətin əhəmiyyət çərçivəsi, uğurun qazanıldığı sahə ilə məhdudlaşmayıb, daha və çox geniş spektri əhatə edir.

Ağdamın “Qarabağ” futbol klubu çətini bacarıb, gözləntiləri reallaşdırdı. Hollandiya çempionatının bürünc mükafatçısı ilə iki görüşlük mübarizə Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Nəhayət, “Qarabağ” Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etmək hüququ qazandı.

Ağdam futbolçuları bu uğura addım-addım irəlilədi. Büdrədiyi məqamlar oldu. Məqsədə çatmaqda ikən cüzi çatışmazlıqdan istəyini gürçəkləşdirə bilmədi, təəssüfləndi. Amma zərrə qədər də olsa, sınmadı, ümidsizliyə qapılmadı, özünə inandı, arxasındakı çoxminli mənəvi dəstəyə inandı və getdiyi yolu mətin addımlarla getməkdə davam etdi.

Çünki haradan yola çıxdığını, hara getdiyini gözəl bilirdi, hədəflərini dəqiq müəyyənləşdirmişdi!

Çünki “Qarabağ” komanda olaraq vahid orqanizm kimi işləyir!

Çünki “Qarabağ”da Rəhbərlik-Məşqçi-Futbolçu triosu qibtəediləcək anlaşıqlı davranır!

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması təkcə futbolda əldə olunan nailiyyət deyil. Bu uğurun ictimai, sosial anlamı ilə yanaşı, siyasi əhəmiyyəti də olduqca böyükdür, mühümdür. 20 ildən çoxdur işğal altında inləyən Azərbaycanın Qarabağ kimi əsrarəngiz özəlliklərə malik diyarının adını daşıyan komanda beynəlxalq yarışlarda kiminlə, hansı klubla qarşılaşıbsa, həmin kollektivin təmsil etdiyi ölkənin mediası “Qarabağ”ın Ağdam şəhərini təmsil etdiyini, Ağdamın isə 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduğunu yazır. Demək ki, insanların heç də təsadüfən XALQ KOMANDASI adlandırmadığı “Qarabağ” neçə illərdir Qarabağın, Azərbaycanın Ermənistanın işğalına məruz qalmasını Avropaya, geniş anlamda isə dünyaya çatdıran güclü təbliğat maşını rolunu oynayır.

Hollandiyada, “Tvente” ilə görüşün final fitinin səslənməsi ilə bir daha HAVALANDI “QARABAĞ”IN SƏSİ. Amma bu dəfə daha gur, daha vüqarlı və böyük qələbəyə daha böyük inamla!

Qələbən mübarək, “Qarabağ”!

Qələbən mübarək, Qarabağ!

Qələbən mübarək, Ağdam!

Qələbən mübarək, Azərbaycan...

Rövşən BİNNƏTLİ,
Bakupost.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right