"Qarabağ"ın fəthi YAZI

Yaşar Nuri bu  gün az qala nastradamusa çevrilib. Neçə illər bundan öncə sanki bu günü görüb demişdi ki  “Əş, “Neftçi”nin udan günü olub ki”? Dünən Tofiq Bəhramov adına stadionunun cəmi yarısını doldura bilmişdi azarkeşlər. Sanki insanları zorla “Neftçi”nin play-offdakı matçına gətirmişdilər . Söhbət play-off dan gedir eee. Avropada qrupa aparan son turun oyunları üçün insanlar 15 saatlıq məsafəsi olan bölgələrdən baxmağa gəlirlər. Xülasə, “Neftçi” ona olan son inamı da dünən Tofiq Bəhramovda “dəfn elədi”. Matça baxmağa gələn ən azı 10 min azarkeş də gəlməyinə, xərclədiyi bilet puluna görə peşman oldu.  Amma yenə də “Qarabağ”, “Qarabağ”, “Qarabağ”. Azərbaycana növbəti  baş ucalığı gətirdi. Hələ 2009-cu ildən bəri Avropada dastan yazan “Qarabag”, ötən il 5 il ərizndə Norveçin “Rusenborq”unu, Finlandiyanin “Honka”sını, Şimali İrlandiyanın “Portadaun”unu , Polşanın “Visla”sını, Avstriyanın “Zalsburq”unu, nəhayət zanbaqlar ölkəsinin “Tvente”sini  yerdən-yerə sürtdü, qan uddurdu. Hələ bunun “Metallurq”un, “Gefle”sin demirəm. Ağdamdan başlanan yol Avropanın neçə paytaxtından  keçdi. “Qarabağ” növbəti dəfə tarix yazdı, dastan yazdı. Bu tarixdə ən böyük pay sahibi, sponsor “Azərsun holdinq”in payına düşdü. Abdulbari Gözal bir daha sübut etdi ki, o təkcə sağlam istehsalçı deyil, o həmdə əsl azərbaycanlıdı. Azərbaycanı sevməyən şəxs heç vaxt o torpağa bu qədər can yandırmaz, sərmayə yatırmaz. Azərbaycanda qazanılan pullar təkrar Azərbaycanın uğuru üçün yatırdılır. Bu gün ikinci  kənar ölkə vətəndaşı göstərin ki, Azərbaycan naminə xeyirli işlərdə bulunsun. Əsas odur ki, komandanın başında dayanan kişi olsun. Komandanın başında kim kişi kimi durursa, onu zəfərdən zəfərə aparırsa, ən çətin məqamda ora igid kimi varırsa, onun yanında durmaq lazımdır. 
 
P.S: Dünən “Tvente”- “Qarabağ” oyununa baxdım . Rejissorlar tez tez üç azarkeşi göstərirdiər. Biri qalın bığlı idi. Sonradan öyrəndim ki, o üç nəfər erməni dığası imiş. “Qarabağ”ın uduzmağın gözləyirmişlər. Erməni olduqların əslində hiss eləmişdim. Çünki tez-tez dallarını qaşıyırdılar. Ermənilər kələ görəndə həmişə qaşınırlar axı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right