Gəncədən gəlirəm yüküm xəbərdir YAZI

Peşəkar Futbol Liqasının və Topaz Premyer Liqasının birgə lahiyəsi çərçivəsində jurnalistlərin bölgələrə səfəri var idi. Həmin səfərdə iştirak etməyin, mənim üçün əlamətdar olacağını düşünürdüm, elə oldu da. Açığı mənə zəng edib deyəndə ki,  “hazırlaş sabah “Kəpəz”in oyunu var, Gəncəyə gedəcəksən” məndə bir az qəribə hisslər yarandı. Çünki bu sahəyə yeni addımlarımı atdığıma görə, səfər də mənim üçün xüsusi önəm kəsb edirdi. Yola Nizami diyarı olan Gəncə istiqamətində çıxmışdıq. Nəsə çox uzatmayacam. Yol boyu o, qədər xoş təəssüratlarım var ki, hamısını yazsam çox olar.

Uzun sürən yolculuqdan sonra nəhayət Gəncə torpağına qədəm basdıq. Hətta şəhərə daxil olanda polislər bizi saxlayıb “hara gedirsiz?” deyə soruşdu. Məlum olanda ki, oyunu işıqlandırmağa gedən jurnalistlərik, polislər bizi canla-başla yola saldılar. Bu yəqin sevimli komandalarının oyununa olan sevgidən irəli gəlirdi. Nə isə əsas mətləbə keçim. Stadiona daxil olub, media sektorunu görənə qədər hər şey qaydasında gedirdi. Hətta yanımdakı həmkarımdan soruşandaki, “biz burda oturacayıq?” aldığım cavab məni bir qədər də sarsırtdı. Bu sadəcə mənim ilkin təəsüratlarım idi. Təbii ki, stadionun başqa yerləri haqda deməyə ehtiyac belə yoxdu. Bəlkə də getməyənlər üçün yazmaq, demək olar, ancaq yazsam  uzun olacağından qorxuram.  Gəncənin çılğın azarkeşləri ilə birgə məndə oyunu izləyirdim. Məni təəcübləndirən bir məqam da ondan ibarətdi ki, bizim yanımızda yaşlı bir dayının gəncləri, komandanı dəstəkləməyə çağırması idi. Hətta sevimli komandasının qalib gələcəyinə mərcə belə girmişdi. Əslində həmin an fikirləşdim ki, bu dayıda olan inamdan azacıq “Kəpəz” futbolçularında olsaydı, yəqin onların qarşılarını almaq mümkün olmazdı. Elə bunu fikirləşirdim ki, “Qəbələ” futbolçuları hücum edib birinci dəqiqədə hesabı açdılar. Bir qədər keçdikdən sonra Qonaqlar ikinci dəfə “Kəpəz” futbolçularını meydanın mərkəzinə dəvət etdi. Ən maraqlısı o idi ki,  yanımdakı yaşlı azarkeş buraxılan iki topdan sonra “dayanmayın qışqırın” deyirdi. Oyunsa qəbələlilərin hücumları şəraitində keçirdi. Az qala tək qapı gedirdi. İlk hissənin bitməsinə bir neçə dəqiqə qalmış gəncəli futbolçular yenə meydanın mərkəzinə dəvət olundu.

İkinci hissə də eyni məcrada davam edirdi. Qonaqlar hücum edirdilər, “Kəpəz” futbolçuları müdafiə olunurdular. Çox keçmədi ki, Baqoli Doba 4-cü topu ev sahiblərinin qapısından keçirdi. Artıq bayaqdan bəri az qala onsuzda yaxşı vəziyyətdə olmayan, skamyaların üstündə gəzişən əmi dözməyib meydanı tərk etdi. “Kəpəz” futbolçularının göstərdiyi oyun hətta bu yaşlı, çılğın azarkeşin belə ümidlərini söndürməyi bacarmışdı. Oyunun sonlarına yaxın, Yunis Hüseynovun komandası daha iki top qapısından buraxmış oldu. Gəncəlilərin isə təsəlli qolunu yanımdakı bir “Kəpəz” fanatının “əə bunun atasını komandadan qovublar, bunnan sonra kim yaxşı oynayar?” dediyi Kərim Diniyev vurdu. O da penaltidən. Stadionda “SS Düzəldəcəyik” pankaratı açan azarkeşlərsə istəylərinə çata bilmədilər.

İbrahim Məmmədov

Newsport.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz