Kamran Ağayevin İquitalığı

Premyer Liqanın 15-ci turunda keçirilən "Xəzər-Lənkəran" - "Qəbələ" oyununda nominal meydan sahiblərinin 3:0-lıq qalibiyyəti "Qəbələ"nin və millinin qolkiperi Kamran Ağayevin psixoloji vəziyyətinin yerində olmamasının göstəricisi oldu.

Kamran Ağayevi şəxsən tanımasam da, atasını, əmisini tanıyıram. Dədə-baba kəndlərinə də (Şabranın Əmirxanlı kəndi, gözəl mənzərəsi var) atasıyla qalxmışıq. Atası Kamranla fəxr edir. Nəsillərinə bələdəm. Kamranın özünü isə millinin oyunundan oyununa stadionda görürəm. Adamın başının üstündə allah var, yaxşı qollar buraxmasına söz ola bilməz. 
Kamranla tanışlığımızı burada dayandırıb keçək əsas mətləbə: Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilən oyuna. Kamran bu oyunda da buraxdığı qollarla yadda qala bilərdi. Amma buna Kamranın oyundan sonrakı hərəkətləri mane oldu. Oyun ərzində Kamran buraxdığı 3 qola reaksiya göstərə bilməməsini oyundan sonra 2 epizodla kompensasiya etmək istədi. 
Başlayaq birinci, jurnalistin üstünə tullanmaq epizodundan. Kamran Ağayevin ona yaxınlaşıb "Kamran, 2 dəqiqə olar səni?" deyən jurnalistə (sual vermək həm də jurnalistin peşə vəzifəsidi) akrobatik tullanış edərək, qışqırıb  "olmaz" deməsi, jurnalisti məcbur etdi ki, "niyə qışqırırsan?" desin. Bu məqamda Kamranın Kolumbiya yığmasının məşhur qapıçısı Rene İquita kimi "əqrəb qurtarışı" göstərərək, "mən beləyəm" deməsi, onun "qol altında qalaram, amma söz altında qalmaram" prinsipini nə qədər uca tutduğunu bir daha nümayiş etdirdi. 
Adamın peşəkar meyxana ustası olması futbol azarkeşlərinin yadından çıxmayıb. Məni tanıyanlar bilir ki, uzun müddət jurnalistlərin hüquqlarını məhkəmələrdə təmənnasız müdafiə etmişəm. Bu dəfə məhkəmə predmeti olmasa da, Kamran Ağayev məni məcbur etdi ki, jurnalisti millinin oyunçusuna yaraşmayan davranışdan müdafiə edim. Amma bu dəfə yazı ilə. Ola bilər ki, Kamranın 3 top buraxması onun əsəblərini korlayıb. Amma bu ona əsas vermir ki, jurnalistlə bu cür rəftar etsin.Bəlkə də burada yazıya nöqtə qoya bilərdim. Lakin və amma. Jurnalistlə "atışandan" sonra küçəyə çıxaraq azarkeşlərə "Məni söyənin bacısını…" deməsi Kamranın psixoloji durumunun həqiqətən də yerində olmamasını göstərdi. Mən də sıradan futbol azarkeşiyəm. Uzun illərdi "Neftçi"yə azarkeşıik edirəm. Ta SSRİ çempionatıından bu yana bir komandam olub, o da "Neftçi". Ucqar Tərtərdən Moskvaya "Neftçi"yə azarkeşlik etməyə gedirdim. Uduzurdu. Azarkeş kimi pis təsir edirdi, söyürdük. Amma bir dəfə də olsun nə Jidkovun, nə də Kramarenkonun çıxıb küçədə azarkeşi söydüyünün şahidi olmamışam. Hətta əlverişli imkanları qola çevirə bilməyən İsgəndər Cavadovun da azarkeşi söydüyünə şahidlik etməmişəm. 
İqtisadiyyatın qızıl qanunu var (rus dilində gözəl səslənir): "kliyent vseqda prav". Bu qızıl qanunu futbol azarkeşləri üçün də keçərlidi: "bolelşik vseqda prav".
Kamran, ya bu qanunu qəbul et, ya psixoloq yanına get, ya da futbolun daşını at. Belə getsə, səninlə heç kim fəxr etməyəcək. Heç qohum-əqrəban da.

Mehman Muradlı.Komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right