Semiçka, dubinka, təhqir və söyüş...

Sizə belə bir sual verim  semiçka, dubinka, təhqir və söyüş deyəndə ağlıvıza ilk nə gəlir? Çox fikirləşməyin elə cavabı özüm verəcəm. Bunları deyəndə əlbəttə ağla ilk olaraq birşey gəlir, bəli bəli düz fikirləşdiz Azərbaycan futbolu, daha doğrusu Topaz Premiyer Liqası. Stadiona 600 nəfər gəlir. Onların 400-ü ayrı ayrı fanklublar, digərləri pərakəndə oturan azarkeşlər və ya azarkeş deməyək stadiona semiçka çırtlamağa gələn şəxslər. 15-20-si jurnalistlər və sonda 100-ə yaxın dubinkalılar. Bax Azərbaycan futbolu budu. Ölkənin ən adlı sanlı turnir cədvəlində 1-ci və 2-ci yerləri gedən klublar qarşılaşır amma meydana baxanda görürsənki meydanda "futboldan başqa" nə deyirsən var. Oyunçular hə var gəl edir oyan buyana amma özləridə heç nə üçün meydana çıxdıqlarını bilmir. Oyunun 4-cü hakimi isə öz işindən məlumatsız nakitkasız Fotoqrafları stadiondan çıxartmağla məşğuldu. Azarkeşlər isə bir tərəfdən söyüşlər söyür, mahnılar oxuyur daha doğrusu təhqirlər yağdırır rəqibə. Bir anlığa fikirləşirsən budumu futbol və üzülürsənki futbolumuz bu gündə olmaqına və yollanırsan Tofiq Bəhrəmov adına Respublika stadionuna amma burda gördüklərin biraz səni sevindirir. 
 
Əsil futbol burda imiş sən demə. Azarkeşlər  mədənidi amma sayları yenədə azdı  oynanan futbol heçdə dünən oynanan "Real" - "Barsa" oyunundan geri qalmır. Hamı oynanan oyundan məmnun və sevincli görsənir. Oyunda 5 qol vurulur. "Qarabağ" klubuna baxanda isə Avstryada hegemonluq edən "Zalsbur" yada düşür. "Qarabağ" sanki bu çempionatın komandası deyil. Qabağına çıxanı əzib keçir, əsas heyyətdə 1995-96 təvəllüdlü gənclər olmasına baxmayara. Bu bir sevindirici haldı. Ümid edək ki digər komandalarımız da "Qarabağ"a baxıb ibrət götürər və inkişaf gedər çempionatımızda. Bununla da çempionatımız semiçka, dubinka, təhqir və söyüş sendromundan xilas olar!
 
Emin Ağayev
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right