Foqts qalmalıdı!!!

Natiq Muxtarlı email: [email protected]


Nə olub, a bala? Hamı qəhrəman olub ki... Dostlar da, həmkarlar da, “moşenniklər” də, şarlatanlar da, saxtakarlar da düşüblər bu yazığın üstünə. Hamı “Foqts istefa verməlidi, Foqtsu iti qovan kimi qovmaq lazımdı” deyir. 

A bala, bə nə oldu? Bəs deyirdiz ki, almanlar belə millətdi, elə millətdi, elə-belə millətdi. İndi niyə o almanı almanı qovan kimi yox, iti qovan kimi qovmaq istəyirsiz? İndi guya siz vətənpərvərsiz də, hə? İndi guya sizin Azərbaycan futboluna canınız yanır, hə?

Azərbaycan futboluna canı yanan adam heç vaxt Foqtsun istefasını tələb etməz, almanın iti qovan kimi qovulmasnı istəməz.

Foqtsun istefasını düz beş il əvvəl, Uelslə Bakıda keçirilən oyunda bir neçə jurnalist tələb etdi. Odu-budu, millinin oyunlarına getmirik. Üstündən beş il keçəndən sonra Foqtsun istefasını istəyənləri anlamırıq. İndi Foqts istefa verməməlidi. İndi Foqtsu iti qovan kimi qovmaq lazın deyil. Foqtsdan qabaq istefa verməli olanlar varkən... Foqtsdan əvvəl iti qovan kimi qovulmalı olanlar varkən...

İndi Rövnəq Abdullayev, Elxan Məmmədov istefa verməlidi. Foqtsun istefa verməsi bu şəxslərin cinayətlərinin ört-basdır edilməsidi. İndi “Foqts istefa versin” deyənlər Rövnəq Abdullayevin, Elxan Məmmədovun cinayətlərinə şərik edirlər özlərini. Foqtsun milliyə gərəksiz olduğunu anlamaq üçün 7 ilə ehtiyac duyan əbləhlər hələ də AFFA-da qalınca, Foqtsun getməsindən nə hacət? Bu əbləhlər daha bir Foqts gətirib 7 il də onun vasitəsiylə sizinlə mırt tutacaq. Bunu istəyirsiz? Bunu istəyirsizsə, Foqtsun istefasını tələb edin, nə qədər edirsiz.

Bizim fikrimiz isə belədi: Foqts qalmalıdı. Foqts qaldıqca Rövnəq Abdullayev, Elxan Məmmədov daha çox ifşa olunur. Foqts qaldıqca Abdullayevin, Məmmədovun Azərbaycan futbolunun başında törətdiyi cinayətlər daha açıq şəkildə faş olur. Bu adamları belə ifşa etməyi heç kim bacarmazdı. Foqts bütün Azərbaycan xalqının görə bilmədiyi işi təkbaşına görür. Foqtsu istefaya çağırmaq yox ey, ona təşəkkür etmək lazımdı.

Foqts qalmalıdı! Bu "cinayətkarlar" gedənə, törətdikləri əməllərə görə cavab verənə qədər qalmalıdı. “Moşenniklər”lə, şarlatanlarla, saxtakarlarla işim yoxdu, sizinləyəm, dostlar, həmkarlar, Foqts qalmalıdı! Foqts qalmalıdı!!!

Komanda.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right